20 sentyabr 2026. Bazar günü

Dadaşov “Qalatasaray” üzərində qələbəni dəyərləndirdi

“Hatay çox yaxşı şəhərdi, burada olmaqdan şadam”.


Dadaşov “Qalatasaray” üzərində qələbəni dəyərləndirdi

“Hatay çox yaxşı şəhərdi, burada olmaqdan şadam”. 90deqiqe.az xəbər verir ki, bunu “Hatayspor”da çıxış edən azərbaycanlı futbolçusu Renat Dadaşov Türkiyə mətbuatına Super Liqanın XII turunda “Qalatasaray” üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.

24 yaşlı hücumçu bu qələbəni baş məşqçi Volkan Dəmirələ həsr etdiklərini söyləyib: “Bizdən əvvəl “Bavariya” kimi komanda ilə oynamış “Qalatasaray”ı məğlub etmək xoşdu. Vacib qələbə qazandıq. Bu uğurun əsas memarı isə baş məşqçimiz Volkan Dəmirəldi. Ona görə də, qalibiyyəti ona həsr edirik. Baş məşqçinin bütün tapşırıqlarını meydanda yerinə yetirməyə çalışdıq”.

Qeyd edək ki, “Hatayspor” hazırda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə