22 noyabr 2024. Cümə

Məşhur futbol klubu dağılır

Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.


Məşhur futbol klubu dağılır

Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Recep Günay mətbuat konfransında məlumat verib.

Funksioner tarixi klubun fəaliyyətinin dayandırma təhlükəsi ilə qarşılaşdığını bildirib: “Bursaspor”un 1,5 milyard TL borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Hüquqi və iqtisadi müraciətlər etdik. Bu bir gündə həll olunası bir şey deyil. O qədər yığılıb ki, iki günə necə öhdəsindən gələcəksən? Açıq deyim, qarşımızda olan sənədlərə görə, klubun niyə bağlanmaq istədiyi ortadadır.Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir. Qanuni cəza tətbiq edilib. Onu da pulla həll edə bilməzsən. Biz bu cəzanı hüquqi baxımdan aradan qaldırmağa çalışırıq. Bizdə 2 yox, 3  mövsümlük cəza var. Daha da çoxdur. Biz də xal silmə cəzası ilə bağlı təklif verdik və razılaşdıq.”.

Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub. Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Namik Ələskərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib.







Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu
Superliqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 18:44 30.10.2024
Superliqa klubunda yeni baş məşqçi