20 iyun 2026. Şənbə

Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu

Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.


Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu

Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.

90deqiqe.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.

O, İdarə Heyətinin çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan etibarən keçirilməsini qərara aldığını bildirib.

Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri sifətinə yumruqla vurub. Bu səbəbdən yerli federasiya bütün liqaların təxirə salmışdı.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı