- Türkiyə S.L.
- 13:25 21.11.2024
“Ankaragücü” - “Rizəspor” matçı yekunlaşdıqdan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca hakim Halil Umut Meleri döydüyü üçün ömürlük diskvalifikasiya olunacaq.
90deqiqe.az xəbər verir ki, Türkiyə Peşəkar Futbol İntizam Şurası (PFDK) tutduğu vəzifədən istefa verən “Ankaragücü”nün sabiq prezidentinə ağır cəza verməyi planlaşdırır. Xüsusilə, onu meydanda dava saldığına görə 2 il (730 gün), vəzifəli şəxsə hücum etdiyinə görə 400 gün və qeyri-idman hərəkətinə görə daha 60 gün diskvalifikasiya gözləyir. Üstəlik, birdəfəlik diskvalifikasiya üç ildən çox olarsa, yerli çempionatın reqlamentinə görə, avtomatik olaraq ömürlük olur.
Koca diskvalifikasiyadan əlavə 40 min avro cərimə ödəməli, “Ankaragücü” isə qarşıdakı 3 ev matçını tamaşaçısız keçirəcək.