- Türkiyə S.L.
- 13:25 21.11.2024
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü” komandasının sabiq prezidenti Faruk Kocanı ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.
90deqiqe.az xəbər verir ki, klub rəhbərliyində yer alan digər şəxslər xəbərdarlıq alıblar və cərimə olunublar.
Komitə həmçinin “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə qərar qəbul edib. Komandanın növbəti beş ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.