30 yanvar 2026. Cümə

"Bunu Emre Belözoğlu planlaşdırıb" – ŞOK İDDİA

“Ankaragücü”nün prezidenti Faruk Kocanın və digər bir neçə şəxsin hücumuna məruz qalan hakim Halil Umut Meler hadisə haqqında ilk dəfə açıqlama verib.


"Bunu Emre Belözoğlu planlaşdırıb" – ŞOK İDDİA

“Ankaragücü”nün prezidenti Faruk Kocanın və digər bir neçə şəxsin hücumuna məruz qalan hakim Halil Umut Meler hadisə haqqında ilk dəfə açıqlama verib.

90deqiqe.az xəbər verir ki, təcrübəli hakim, yaşanan hadisəyə görə “Ankaragücü”nün baş məşqçisi Əmrə Belezoğlunu ittiham edib:

“Final fitindən sonra futbolçular təşəkkür etməyə gəldilər. O vaxt Əmrə Belezoğlunun əlini, qollarını gördüm. Həmin zaman rəqibin baş məşqçisi İlhan Palut Əmrə Belezoğlunu dayandırdı. Biz nə baş verdiyini anlamağa çalışanda klub prezidenti sol tərəfimdən yumruq vurdu. Bundan sonra olanları xatırlamıram. Çünki artıq yıxılmışdım və mənə zərbə vururdular. Polis nümayəndələri də bunu gözləmirdilər. Bu, gözlənilməz bir hadisə idi. Təhrik edən şəxs Əmrə Belezoğlu idi. Bu, açıq-aşkar görünürdü. Yumruq atan şəxs yazılı şəkildə məndən və ailəmdən üzr istədi. Amma Əmrə bunu etmədi”.

Qeyd edək ki, hadisədən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca həbs olunub. Həmçinin o, Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu