17 mart 2026. Çərşənbə axşamı

Türkiyə Superkuboku Azərbaycanda?

Türkiyə Superkubokunun yenidən  Azərbaycanda keçirilməsi gündəmə gəlib.


Türkiyə Superkuboku Azərbaycanda?

Türkiyə Superkubokunun yenidən Azərbaycanda keçirilməsi gündəmə gəlib.

90deqiqe.az “fotospor.com”a istinadən xəbər verir ki, Azərbaycan tərəfi  “Fənərbaxça”  və “Qalatasaray” arasında oyuna ev sahibliyi etmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib və hazırda onların cavabını gözləyir.

Bildirilir ki, təklif edilən məbləğ Səudiyyə Ərəbistanı qədər olmasa da, bu görüşün yüksək səviyyədə keçirilməsi üçün bütün maddi şərtlərin veriləcəyi söz verildi.

TFF-dən nümayəndə heyət ilə “Fənərbaxça” və “Qalatasaray” təmsilçilərinin Bakıya dəvət edildiyi təklif məktubunda Atatürk məsələsinə də toxunulub.

Tək Türkiyənin deyil, bütün türk dünyasının atası Atatürkə lazımi hörməti göstərmək üçün Azərbaycanın səfərbər olacağı da söz verildi.

 Bu təklifə iştirakçı klublarla dəyərləndirildikdən sonra cavab veriləcək.

TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırırdı.

Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu