13 oktyabr 2024. Bazar günü

Döyülən hakimə yeni oyun tapşırdılar

“Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Kocanın döydüyü hakim Halil Umut Meler Superliqanın XX turuna təyinat alıb.


Döyülən hakimə yeni oyun tapşırdılar

“Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Kocanın döydüyü hakim Halil Umut Meler Superliqanın XX turuna təyinat alıb.

90deqiqe.az xəbər verir ki,  "İstanbulspor" - "Konyaspor" matçı 37 yaşlı ədalət təmsilçisinə tapşırılıb.

Görüş yanvarın 14-də Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, Superliqanın XV turunda “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü” komandasının sabiq prezidenti Faruk Kocanı ömürlük futbol fəaliyyətindən uzaqlaşdırmışdı. Eyni zamanda “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə qərar qəbul edilmiş və komandanın növbəti beş ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcəyi açıqlanmışdı.







Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi