20 iyun 2026. Şənbə

"Antalyaspor" futbolçusunu bu hərəkətinə görə qovdu

"Antalyaspor" müdafiəçi Saqiv Jehezkelin heyətdən kənarlaşdırıldığını açıqlayıb.


"Antalyaspor" futbolçusunu bu hərəkətinə görə qovdu

"Antalyaspor" müdafiəçi Saqiv Jehezkelin heyətdən kənarlaşdırıldığını açıqlayıb.

90deqiqe.az-ın məlumatına görə, buna səbəb israilli futbolçunun 68-ci dəqiqədə “Trabzonspor”a qol vurduqdan sonra əlində “100 gün. 7.10” yazısını göstərməsi olub.

7 oktyabr 2023-cü ildə Fələstin-İsrail münaqişəsi HƏMAS-ın ölkəni işğal etməsindən sonra kəskinləşib

Türkiyə klubunun açıqlamasında bunlar qeyd olunub:

"Trabzonspor"la matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazını paylaşaraq ölkəmizin milli dəyərlərinə zidd hərəkət edən Sagiv Jehezkelin idarə heyətinin qərarı ilə komandadan uzaqlaşdırılmasına qərar verilib. .

Bizim idarə heyətimiz heç vaxt, hətta çempionluq və ya kubok qazanmaqdan belə, ölkəmizin maraqlarına zidd hərəkətlərə yol verməyəcək.

Qeyd edək ki, Türkiyə Super Liqasının 20-ci turunda "Antalyaspor" evdə "Trabzonspor"la heç-heçə edib.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı