- Türkiyə S.L.
- 13:25 21.11.2024
Türkiyənin "Trabzonspor" klubu iki futbolçusu Abdulkadir Ömür və Umut Bozoku əsas komandadan kənarlaşdırıb.
90deqiqe.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb adıçəkilən oyunçuların daxili intizam qaydalarını pozmaları olub.
Hər iki oyunçu mövsümün qalan hissəsində kollektivdən ayrı məşq edəcək.
Qara dəniz təmsilçisi sözügedən futbolçularla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, "Trabzonspor" Türkiyə Superliqasında 37 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
24 yaşlı Abdulkadir "Trabzonspor"un öz yetirməsidir.Onun komanda ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.O, bu mövsüm Trabzon təmsilçisinin heyətində 17 matçda iştirak edib və 6 məhsuldar ötürmə edib.
27 yaşlı Bozok isə 2022-ci ildə Fransanın "Lorient" klubundan "Trabzonspor"a keçib.Onun komanda ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.O, bu mövsüm sadəcə 4 matçda iştirak edib.