5 may 2026. Çərşənbə axşamı

Şahruddin “Beşiktaş” səfərində qol buraxmayıb


Şahruddin “Beşiktaş” səfərində qol buraxmayıb

Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının 22-ci turunu qələbəsiz başa vurub.

90deqiqe.az xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” səfərdə “Beşiktaş”la heç-heçə oynayıb.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Azərbaycan yığmasının qapıçısı güclü rəqiblə oyunda qapısını toxunulmaz saxlayıb. 48-ci dəqiqədən azlıqda qalan “Adana Dəmirspor”un “Beşiktaş”a müqavimət göstərə bilib. Nəticədə Şahruddinin komandası son 5 oyunda 4-cü dəfə meydanı 1 xalla tərk edib.

Qeyd edək ki, Adana klubunun 22 oyundan sonra 31 xal toplayıb. Komanda 6-cı pillədə yer alıb.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi
Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu