5 dekabr 2025. Cümə

Nikolas Anelka Diniyevin çıxış etdiyi klubda işləyəcək

Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka 1,5 ildən sonra Türkiyəyə qayıdır.


Nikolas Anelka Diniyevin çıxış etdiyi klubda işləyəcək

Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka 1,5 ildən sonra Türkiyəyə qayıdır.

90deqiqe.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu Trendyol 1-ci Liqa komandalarından biri olan "Ümraniyespor"un yeni baş direktoru vəsifəsini icra edəcək..

“Ümraniyespor” da gecə saatlarında Nikolas Anelka ilə bağlı paylaşım edərək xəbəri təsdiqləyib.

Anelkanın gün ərzində İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki,  Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev 2023-cü ilin yayından "Ümraniyəspor"da çıxış edir. O, bu komandanın heyətində 21 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlavə edək ki, son olaraq "Mumbai Siti" də çıxış edən Anelka karyerası ərzində"Arsenal", "Real Madrid", PSJ, "Liverpul", "Mançester Siti",  "Fənərbağça", "Yuventus" kimi nəhəng klublarda top qovub. Anelka 2005/2006 mövsümündə Türkiyədə "Fənərbağça"nın formasını geyinib.

O, baş direktor olaraq son işlədiyi komanda Fransanın 4-cü liqa komandası "Hyeres" olub.







Türkiyə S.L.

İstanbul derbisində heç-heçə
  • Türkiyə S.L.
  • 23:11 01.12.2025
İstanbul derbisində heç-heçə
"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:57 30.11.2025
"Beşiktaş"dan inamlı qələbə