8 sentyabr 2024. Bazar günü

Barış Alper Yılmazın transfer qiyməti açıqlandı


Barış Alper Yılmazın transfer qiyməti açıqlandı

"Qalatasaray"ın yüksələn ulduzu Barış Alper Yılmazın adı transfer söz-söhbətlərində hallanmağa başlayıb. Digər tərəfdən sarı-qırmızılılar Barış Alper Yılmazın transfer əvəzini təyin etdi.

90deqiqe.az xəbər verir ki, milli futbolçunun adı bir çox Avropa nəhəngi tərəfindən hallandırılarkən, Barış Alper Yılmazın transfer qiymətini "Qalatasaray"ın müəyyən etdiyi iddia edilib. “Qalatasaray” Barış Alper Yılmaz üçün ən az 20 milyon avro tələb edir.

Bu rəqəm "Qalatasaray"ın Barış Alper Yılmazın transfer etdiyi məbləğin təxminən 10 qatıdır.

Bu mövsüm "Qalatasaray"ın heyətində bütün yarışlarda 38 matça çıxan 23 yaşlı futbolçu 4 qol və 5 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Barış Alper Yılmazın "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var. Ankara Keçiörengücü Barış Alper Yılmazın növbəti satışında yüzdə 20 paya sahibdir.







Türkiyə S.L.

Stefan Saviç rəsmən "Trabzonspor"da
  • Türkiyə S.L.
  • 20:48 24.07.2024
Stefan Saviç rəsmən "Trabzonspor"da
"Beşiktaş"dan yeni transfer
  • Türkiyə S.L.
  • 20:12 22.07.2024
"Beşiktaş"dan yeni transfer