22 aprel 2026. Çərşənbə

Türkiyədə futbolçu 29 yaşında vəfat edib

Pazarlıya bu yaxınlarda Qan Xərçəngi diaqnozu qoyulduğu öyrənilib.


Türkiyədə futbolçu 29 yaşında vəfat edib

Türkiyənin 2-ci Liqasında çıxış edən "Serik Belediyespor"un futbolçusu Mümin Talip Pazarlı vəfat edib.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu qan xərçəngindən dünyasını dəyişib.

“Bu yaxınlarda qan xərçəngi diaqnozu qoyulan futbolçumuz Mümin Talip Pazarlının vəfat etməsini böyük kədər hissi ilə öyrəndik. Ona Allahdan rəhmət, bütün yaxınlarına səbr və başsağlığı diləyirik”, - deyə klubun mətbuat xidmətindən bildirilib.

Mövsümə Türkiyənin üçüncü güclü divizionunda Ankara Dəmirdə başlayıb, qışda isə "Serik Belediyespor"a keçib. Ümumilikdə o, üçüncü divizionda 10 oyun keçirib və 683 dəqiqə meydanda olub.

Pazarlı futbolçu karyerası ərzində “Bəylərbəyi”, “Tire 1922 Spor”, “Korumspor”, “Erzinkanspor”, “Dezkespor” və “Orduspor”da çıxış etməyi bacarıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə
"Fənərbağça"nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 18:11 18.04.2026
"Fənərbağça"nın borcu açıqlanıb
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:10 17.04.2026
"Fənərbağça"dan vacib xal itkisi
“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi