- Türkiyə S.L.
- 13:25 21.11.2024
Türkiyə milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella "Beşiktaş"ın dəyərinin yüksələn Semih Kılıçsoy üçün qərarını verib. Semih Kılıçsoyun mart ayında keçiriləcək yoldaşlıq matçlarında ilk dəfə A Milli Komandanın formasını geyinməsi gözlənilir.
90deqiqe.az "Fanatik" saytına istinadən xəbər verir ki, Vinçenzo Montella gələn ay Macarıstan və Avstriya ilə yoldaşlıq matçları üçün Semih Kılıçsoyu heyətə qatacaq.
Bu mövsüm liqada 13 matça çıxan Semih Kılıçsoy 8 qol vurub, 1 məhsuldar ötürmə edib.
18 yaşlı Semih Kılıçsoyun "Beşiktaş"la 2028-ci ilə qədər müqaviləsi var.