22 aprel 2026. Çərşənbə

Türkiyəli əfsanə yenidən Super Liqada?


Türkiyəli əfsanə yenidən Super Liqada?

"Pendikspor"un çalışdırıcı İvo Vieyra ilə yollarını ayıracağı və portuqaliyalı çalışdırıcının yerinə İbrahim Üzülməzin gətiriləcəyi iddia edilib.

90deqiqe.az xəbər verir ki, Super Liqada qalmaq üçün mübarizə aparan "Pendikspor"un çalışdırıcı İvo Vieyra ilə yollarını ayıracağı iddia edilib. Vieira "qırmızı-ağlar"ın rəhbəri kimi çıxış etdiyi 19 matçda 6 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə orta hesabla 1,16 xal əldə edib.

Portuqaliyalı çalışdırıcının müqaviləsinə xitam veriləcəyi təqdirdə onun yerinə İbrahim Üzülməz gətiriləcəyi iddia edilib. Xəbərdə 49 yaşlı mütəxəssislə ilk əlaqənin qurulduğu və qısa müddətdə rəsmi imzanın atılacağı bildirilib.

Üzülməz əvvəllər “Elazığspor”, “Gənclərbirliyi”, “Qaziantəspor”, “Rizəspor”, “Bursaspor Ankaragücü” və son olaraq “Eyüpspor”u çalışdırıb. 11 aydır boş qalan İbrahim Üzülməz "Eyüpspor"da 1,94 xal toplayıb.

 







Türkiyə S.L.

"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə
"Fənərbağça"nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 18:11 18.04.2026
"Fənərbağça"nın borcu açıqlanıb
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:10 17.04.2026
"Fənərbağça"dan vacib xal itkisi
“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi