17 mart 2026. Çərşənbə axşamı

Davinson Sançezdən pis xəbər


Davinson Sançezdən pis xəbər

"Qalatasaray" Kolumbiya Futbol Federasiyasına uğurlu müdafiəçisi Davinson Sançezin ən azı 2 həftə daha meydanlardan uzaq qalacağını bildirib.

90deqiqe.az xəbər verir ki, "Qalatasaray"ın yeni mövsüm transferlərindən olan Davinson Sançez zədə səbəbindən "Çaykur Rizəspor" matçını buraxıb. Müalicəsi davam edən Davinson Sançezin bu həftə keçiriləcək Kasımpaşa matçında oynaması gözlənilmir. Digər tərəfdən, "Qalatasaray" təcrübəli müdafiəçinin zədəsi ilə bağlı son vəziyyəti Kolumbiya Futbol Federasiyasına bildirib.

Sarı-qırmızılar Kolumbiya Futbol Federasiyasına Davinson Sançesin ən azı 2 həftə daha meydanlardan uzaq qalacaq zədəsi olduğunu bildirib. Kolumbiya martın 22-i cümə günü İspaniya ilə, martın 26-da isə yoldaşlıq görüşündə Rumıniya ilə qarşılaşacaq.

Bu mövsüm ümumilikdə 27 matça çıxan Davinson Sançes 2169 dəqiqə meydanda olub və 3 qol və 2 məhsuldar ötürmə ilə hesaba töhfə verib.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu