30 yanvar 2026. Cümə

"Qalatasaray"da 3 yeni müqavilə

Muslera 2,5 milyon avro alacaq


"Qalatasaray"da 3 yeni müqavilə

"Qalatasaray" daxili transferlərdə 3 adla yeni müqavilə imzalamağa yaxındır. Sarı-qırmızılıların Kerem Aktürkoğlu, Abdülkerim Bardakcı və Fernando Musleraya yeni müqavilə təklif edəcəyi bildirilib.

90deqiqe.az “Milliyet” qəzetində yer alan xəbərə istinadən xəbər verir ki, “Qalatasaray”ın Kerem Aktürkoğlu və Abdülkerim Bardakcı ilə yeni müqavilə müzakirə etdiyi, gələn həftə Fernando Muslera ilə görüşəcəyi bildirilib. Xəbərdə Kerem Aktürkoğlu və Abdülkerim Bardakcı ilə yeni müqavilənin son mərhələyə keçdiyi bildirilib. Digər tərəfdən gələn həftə Fernando Muslera ilə görüşdə təcrübəli qolkiperə 1+1 illik müqavilə təklif ediləcəyi də qeyd edilib. Musleranın yeni müqaviləsində maaşının 2,5 milyon avro olacağı bildirilib.

Bu mövsüm "Qalatasaray"ın heyətində 44 matça çıxan Kerem Aktürkoğlu 14 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bu mövsüm sarı-qırmızılıların heyətində 36 matçda meydana çıxan Abdülkerim Bardakcı bu matçlarda 6 qol vurub.

"Qalatasaray"ın təcrübəli qapıçısı Fernando Muslera oynadığı 42 matçda 41 qol vurub. Muslera 17 matçda qapısını təmiz saxlayıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu