- Türkiyə S.L.
- 22:00 22.11.2024
Türkiyənin "Fənərbaxça" klubu daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komanda oyunçularına hücumuna görə çempionatı dəyişə bilər.
90deqiqe.Az Türkiyənin BPT internet nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçika, Hollandiya, İspaniya, Fransa və İtaliya liqaları ilə variantları nəzərdən keçirir.
Xatırladaq ki, Superliqanın 30-cu turunun matçının final fitindən sonra “Fənərbağça”lıların meydanın mərkəzində qələbəni çılğınlıqla qeyd etməsi, kütləvi şəkildə meydana qaçan doğma azarkeşləri sevindirməmişdi. . Bundan sonra qonaq futbolçuların iştirak etdiyi dava başlayıb.
Türkiyə çempionatının turnir cədvəlində "Fənərbaxça" 79 xalla ikinci pillədə qərarlaşıb. 30 turdan sonra "Trabzonspor" 49 xalla üçüncü pillədə qərarlaşıb. Birinci yerdə eyni sayda oyundan sonra 81 xalı olan “Qalatasaray” qərarlaşıb.