14 iyul 2026. Çərşənbə axşamı

"Fənərbağça"nın qarşında 3 seçim


"Fənərbağça"nın qarşında 3 seçim

"Fənərbağça"nın prezidenti Ali Koç ötən gün jurnalistlərlə görüşündə diqqəti çəkən açıqlamalar verib

90deqiqe.az xəbər verir ki, aprelin 2-də keçiriləcək növbədənkənar ümumi qurultayda 3 seçim gündəmdə olacaq. Ali Koç bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. İndi komandanın qarşısında 3 variant var. 

1- Aşağı liqaya düşmək.

2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.

3- Xaricdə komanda almaq.

Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi.







Türkiyə S.L.

Onana yenidən “Trabzonspor”da
  • Türkiyə S.L.
  • 22:18 03.07.2026
Onana yenidən “Trabzonspor”da