- Türkiyə S.L.
- 22:00 22.11.2024
“Fənərbağça” “Trabzonspor” matçından sonra baş verən hadisələrdən sonra aprelin 2-də növbədənkənar ümumi qurultay keçirməyi qərara almışdı. Komanda liqadan çəkilməsini ümumi qurultayda gündəmə gətirəcək.
90deqiqe.az xəbər verir ki, “Fənərbağça”nın Avropanın başqa liqasında yeri də gündəmə gətirilib. Bəs belə bir vəziyyətin baş vermə şansı nədir?
İngiltərə Premyer Liqası: İngiltərədə klub almaq qərarına gəldikdə, Premyer Liqa rəhbərliyinə pulun mənbəyini və planlarınızı söyləməlisiniz. Məsələn, “Nyukasl Yunayted” aylarla davam edən danışıqlardan sonra ərəblərə satılıb.
İspaniya La Liqası: İspaniya qanunlarına görə, ölkə xaricindən heç bir komanda milli və yerli liqalarda iştirak edə bilməz. Yeganə istisna Andorra komandalarıdır.
Almaniya Bundesliqası: Almaniyada komanda alıb adını dəyişmək mümkün deyil. Qaydalara görə, ən aşağı liqadan başlamalısan.
İtaliya A Seriyası: İtaliyada klub alış prosesləri Almaniyaya bənzəyir. Birbaşa A Seriyasından başlaya bilməzsiniz.
Fransa Liqa 1: Fransa Liqa 1-də klublar qeyri-kommersiya birlikləri statusuna malikdir. Son dərəcə sərt prosedurlara riayət etmək şərti ilə kənar şəxsin bu təşkilata qoşulması mümkündür.
Belçika və Niderland imkanı: Belçika və Hollandiyanın daha çevik qaydaları var. Bu liqalardan komandaları cəlb etmək 5 böyük liqadan daha asandır, lakin orada da müstəsna şərtlər qəbul edilməlidir.