23 noyabr 2024. Şənbə

“Trabzonspor” TFF-nın sanksiyalarına cavab verib


“Trabzonspor” TFF-nın sanksiyalarına cavab verib

"Trabzonspor" Türkiyə Futbol Federasiyasının "Fənərbağça" ilə oyunda (2:3) iğtişaşlar törətdiyinə görə klubu cəzalandırmaq qərarına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Qaradəniz təmsilçisi Türkiyə Futbol Federasiyasının prezidentini istefaya dəvət edib.

“Fənərbağça” ilə matçdan sonra baş verən və təkcə “Trabzonspor”u deyil, bütün şəhəri linç mədəniyyəti ilə boğmağa hesablanmış prosesin nəticələrini hazırda müəyyən etmək çətindir. Türkiyə Futbol Federasiyasının elan etdiyi sanksiyalar qaydalara, məntiqə və əxlaqa uyğun gəlmir. Nə federasiya prezidentinə, nə onun köməkçilərinə, nə də dar qrupların mənafeyinə işləyən arbitrlər cəmiyyətinə zərrə qədər inamımız qalmayıb.

Təəssüflər olsun ki, indi hətta öz işini yaxşı görən insanlar da ya bu sistemin bir hissəsinə çevriliblər, ya da karyeralarından qorxaraq susurlar. Bir daha qeyd edək ki, biz bu prosesin bir hissəsi olmamışıq və olmayacaq da! Federasiya prezidenti və komandası bütün xalqın gözünə baxaraq milyonlarla vətəndaşımızın futbol sevgisini məhv edir, cəmiyyətə nifaq toxumu səpir və bu gün baş verənlərə nəzarəti tamamilə itirib.

Bu dərin çuxurdan çıxmağın yeganə yolu istisnasız olaraq məsul vəzifələrdə çalışan hər kəsin, ilk növbədə Türkiyə Futbol Federasiyasının prezidentinin istefaya getməsidir."







Türkiyə S.L.

Babel karyerasını başa vurdu
  • Türkiyə S.L.
  • 22:50 09.11.2024
Babel karyerasını başa vurdu
"Trabzonspor" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 22:16 09.11.2024
"Trabzonspor" səfərdə uduzdu
Super Liqa klubunda yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 22:08 06.11.2024
Super Liqa klubunda yeni baş məşqçi
"Beşiktaş" yenə uduzdu
  • Türkiyə S.L.
  • 23:06 02.11.2024
"Beşiktaş" yenə uduzdu