17 mart 2026. Çərşənbə axşamı

"Fənərbağça"da Super Kubok üçün 4 ehtimal - FOTOLAR


"Fənərbağça"da Super Kubok üçün 4 ehtimal - FOTOLAR

"Fənərbağça"da Super Kubok üçün 4 ehtimal

90deqiqe.az xəbər verir ki, "Fənərbağça"nın Superkubok tələbləri TFF tərəfindən qarşılanmasa da, sarı-göylü komandanın nəhəng matçda edəcəyi hərəkət maraq doğururdu.

"Fənərbağça"nın vitse-prezidenti Erol Biləcik U19 komandası ilə 7 apreldə "Qalatasaray"la Super Kubok matçına gedəcəklərini açıqlayıb və "90 dəqiqəlik matç olmayacaq" deyib.

İndi qarşıda “Fənərbağça”nın 4 ehtimalı olduğu irəli sürülüb. 

1- U19 komandası meydana 9 futbolçu ilə çıxacaq. Bir müddət sonra zədə səbəbindən futbolçuların sayı 7-dən aşağı düşəcək. Bu halda matç təlimatlara uyğun oynanılmayacaq. Bu hərəkətə görə heç bir cinayət cəzasının olmayacağı düşünülür.

2- Fənərbağça U19 komandasının oyunçuları matçın hakiminə alqış və bənzər reaksiyalarla etiraz edib qırmızı vərəqə alaraq matçın davam etdirilməsinə icazə verməyəcəklər.

3- Başqa bir ehtimal, U19 komandasının meydana çıxması, lakin startdan sonra meydanı tərk etməsi və 3-0 hesabı ilə məğlub olmasıdır. Daha sonra TFF-nin verəcəyi cəza gözləniləcək.

4- Son ehtimal Fənərbağçanın U19 komandasının heç oynamayacağıdır. Reqlamentə görə, bunun cəzası gələn mövsüm Türkiyə Kuboku və Superkubokundan uzaqlaşdırılmaqdır.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu