30 yanvar 2026. Cümə

"Stadionlarda irqçi sözlər söyləməyə həmişə icazə verilib" - Balotelli


"Stadionlarda irqçi sözlər söyləməyə həmişə icazə verilib" - Balotelli

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İtaliyada irqi ayrı-seçkilik problemi ilə bağlı açıqlama verib.

90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı forvard irqçiliyin hər yerdə olmadığını bildirib.

“Bəzi qaradərili insanlar mənə qarşı düşmənçilik edir və irqçiliyi bəhanə kimi istifadə edirlər. İrqçilik hər yerdə deyil. İtalyanlar irqçi deyillər. [Qara insanların] immiqrasiyasına öyrəşmək onlara başqalarından daha uzun sürdü. Həqiqət budur ki, onlar mənim kimiləri görməyə öyrəşməyiblər. Problem həm də ondan ibarətdir ki, stadionlarda irqçi fikirlər söyləməyə və etməyə həmişə icazə verilib. Amma mən zəmanət verirəm ki, stadionlarda müəyyən sözləri deyənlərin hamısı küçədə, real həyatda deməyəcək.

Ona görə də bu insanların irqçi olduğunu söyləmək mənim üçün çətindir. Məni incitmək üçün bunu edirlər. Amma onlar başa düşməlidirlər ki, irqçilik təhqir deyil, bu, daha pisdir”







Türkiyə S.L.

"Beşiktaş" səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:09 26.01.2026
"Beşiktaş" səfərdə xal itirdi
"Fənərbağça" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:03 25.01.2026
"Fənərbağça" evdə xal itirdi
“Trabzonspor”dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:16 23.01.2026
“Trabzonspor”dan çətin qələbə
"Beşiktaş" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 00:51 20.01.2026
"Beşiktaş" 3 xalı tək qolla qazandı
Super Liqa klubuna qəyyum təyin olundu
  • Türkiyə S.L.
  • 22:21 16.01.2026
Super Liqa klubuna qəyyum təyin olundu