17 mart 2026. Çərşənbə axşamı

"Fənərbağça" Türkiyə Superkubokunda "Qalatasaray"la matçda meydanı tərk edib


"Fənərbağça" Türkiyə Superkubokunda "Qalatasaray"la matçda meydanı tərk edib

Bu gün Şanlıurfa şəhərində "Fənərbağça" və "Qalatasaray"ın qarşılaşdığı Türkiyə Superkuboku uğrunda oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlayıb. İlk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Qoldan sonra "Fənərbağça"lı futbolçular oyunu boykot edərək meydanı tərk ediblər.

Qeyd edək ki, "Fənərbağça" Türkiyə Superkuboku matçına 2005 və 2006-cı il təvəllüdlü futbolçuları çıxarıb, klubun gənclərdən ibarət 4 futbolçusu ehtiyatda olub.

Beləliklə, "Fənərbağça"ya texniki məğlubiyyət verilib. Türkiyə Superkubokunu “Qalatasaray”lı futbolçular qazanıb.

Xatırladaq ki, aprelin əvvəlində “Fənərbağça”nın növbədənkənar ümumi yığıncağında onların Superkubok matçında iştirakdan imtina edəcəkləri açıqlanmışdı. Boykota alternativ olaraq oyun üçün gənclərdən ibarət komandanın yerləşdirilməsi variantı təklif edildi.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu