22 oktyabr 2024. Çərşənbə axşamı

“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı - YEKUN QƏRAR


“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı   - YEKUN QƏRAR

Türkiyə Peşəkar Futbolunun İntizam Komitəsi "Qalatasaray"la Türkiyə Superkuboku oyununda meydandan çəkildiyi "Fənərbağça" klubunu cəzalandırıb.

90deqiqe.Az xəbər verir ki, "sarı-göylər"ə 0:3 hesablı texniki məğlubiyyət, eləcə də 4 milyon TL (210 418 manat) məbləğində pul cəzası verilib. Bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb.

Komandanı meydandan çıxaran idarəçi Əhməd Kətənci 60 gün hüquq məhrumiyyəti və 520 min TL (27 354 manat) pul cəzasına məhkum edilib.

Xatırladaq ki, bu qarşılaşma aprelin 7-də baş tutub. Artıq ilk dəqiqədə hücumçu Mauro İkardi "Qalatasaray"ı önə çıxarıb. Qoldan sonra "Fənərbağça"lı futbolçular oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, "Fənərbağça"ya texniki məğlubiyyət verilib. "Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub.

Daha əvvəl "Fənərbağça"nın daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi bildirilirdi. Klub Belçika, Hollandiya, İspaniya, Fransa və İtaliya liqaları ilə variantları nəzərdən keçirir. Superliqanın 30-cu turunun matçının final fitindən sonra "Fənərbağça"lıların meydanın mərkəzində qələbəni çılğınlıqla qeyd etməsi, kütləvi şəkildə meydana qaçan doğma azarkeşləri sevindirmədi. Bundan sonra qonaq futbolçuların da iştirak etdiyi dava başlayıb.







Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi