13 iyul 2026. Bazar ertəsi

Əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq - Superliqada


Əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq  - Superliqada

Türkiyə Superliqasının 32-ci turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR hakimlərinin xidmətindən yararlanılacaq

90deqiqe.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti həmin ölkə federasiyaları tərəfindən qəbul edilib.

Trendyol Super Liqasının 32-ci həftəsində əcnəbi Video Köməkçi Hakimlərin (VAR) təyin olunacağı matçlar belədir:

"MKE Ankaragücü" - "Gaziantep"

"Vavacars Fatih Karagümrük" - "Fənərbağça"

"Corendon Alanyaspor"- "Qalatasaray"







Türkiyə S.L.

Onana yenidən “Trabzonspor”da
  • Türkiyə S.L.
  • 22:18 03.07.2026
Onana yenidən “Trabzonspor”da