17 mart 2026. Çərşənbə axşamı

"Liverpul"un məşqçisi "Beşiktaş"da!


"Liverpul"un məşqçisi "Beşiktaş"da!

"Liverpul"da Yurgen Kloppun köməkçisi olan Pepiyn Liyndersin məşqçi axtarışlarına başlayan "Beşiktaş"a tövsiyə edildiyi iddia edilib.

90deqiqe.az xəbər verir ki, Fernandu Santuşla yollarını ayırdıqdan sonra mövsümün sonuna qədər komandanı Serdar Topraktepeyə həvalə edən Beşiktaş rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışlarını davam etdirir.

"Liverpul"da Yurgen Kloppun köməkçisi olan Pepiyn Liynders "Beşiktaş"a təklif olunub. 2018-ci ildən Kloppun yanında olan hollandiyalı məşqçilik karyerasına mövsümün sonunda İngiltərə komandası ilə vidalaşacaq alman çalışdırıcıdan sonra başlamağı planlaşdırır. Daha əvvəl Paulo Fonseka və Brendan Rocers kimi məşqçilərlə çalışmış 41 yaşlı Liyndersin Niderland təmsilçisi "Neymegen"də  22 oyunluq məşqçilik təcrübəsi olub.

Bu arada qeyd olunub ki, "Ayaks" Pepiyn Liyndersi növbəti mövsüm üçün komandaya rəhbər təyin etmək istəyir. Hətta uzun illər “Liverpul”da çıxış edən və hazırda karyerasını “Ayaks”da davam etdirən Cordan Hendersonun da bura cəlb olunduğu bildirilirdi.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu