17 mart 2026. Çərşənbə axşamı

"Fənərbaxça" Bonuççi ilə vidalaşdı


"Fənərbaxça" Bonuççi ilə vidalaşdı

"Fənərbaxça" bu gün futbolçu karyerasını başa vuracaq Bonuççi ilə vidalaşıb. 

90deqiqe.Az xəbər verir ki, "Sarı-göylü"lərin Can Bartu Təsislərində keçirilən məşqindən əvvəl baş məşqçi İsmayıl Kartal və futbolçular Bonuççi ilə vidalaşıb.

 Kartal və futbolçular imzaladıqları formanı italyan oyunçuya hədiyyə ediblər. 37 yaşlı Bonuççi komandanın bu gün "İstanbulspor"la qarşılaşacağı matçla aktiv futbolçu karyerasını başa vuracaq.

 Komandanın kapitanlarından Mert Hakan Yandaş komanda adından təşəkkür nitqi ilə çıxış edərək, "Mən şəxsən onun özündə dəfələrlə liderin necə olması lazım olduğunu görmüşəm. Hər zaman ona meydanın içində və xaricində komandanın yanında olduğu üçün təşəkkür edirəm. Biz və tərəfdarlar, o bizimlə olduğu üçün çox şanslıyıq, hər şey üçün bir daha təşəkkür edirəm"-deyib. 

 Leonardo Bonucci: "Bu gözəl ailənin bir parçası olmaq mənim üçün xoş idi. Meydanda və meydandan kənarda özümü ən yaxşı şəkildə göstərməyə çalışdım, amma, ən əsası, sabah (red. bu gün) son döyüşümüzü aparacağıq. Karyeramı kubokları bitirmək istəyirəm.

Qeyd edək ki," Fənərbaxça"nın çempion olması üçün bu gün qalib gəlməli və "Qalatasaray"ın məğlub olmasını gözləməlidirlər. 







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu