1 may 2026. Cümə

Superliqada çempion müəyyənləşdi


Superliqada çempion müəyyənləşdi

Trendyol Super Liqasının 38-ci və son turunda "Qalatasaray" "Konyaspor"un qonağı olub.

90deqiqe.Az xəbər verir ki, Mauro İkardi (2) və Berkan Kutlunun qolları ilə 0:3 hesabıyla qalib gələn "Qalatasaray", 2023/2024 mövsümünü 102 xalla çempion olaraq tamamlayıb.

Ən yaxın izləyicisi “Fənərbaxça”nı 3 xal qabaqlayan "sarı-qırmızılılar", bu qalibiyyətdən sonra ardıcıl ikinci, ümumilikdə isə 24-cü çempionluğunu qazanıb.

 Bu nəticə ilə "Qalatasaray" bir mövsümdə ən çox xal toplayaraq çempion olan komanda olub. Bu mövsüm 15-ci məğlubiyyətini alan və  41 xal toplayan "Konyaspor", "Ankaragücü"nün "Trabzonspor"a məğlub olmasından sonra liqanı 16-cı pillədə başa vurub və liqada qalıb.







Türkiyə S.L.

Derbinin qalibi "Qalatasaray" oldu
  • Türkiyə S.L.
  • 23:07 26.04.2026
Derbinin qalibi "Qalatasaray" oldu
Super Liqada ev sahiblərinin günü
  • Türkiyə S.L.
  • 23:13 25.04.2026
Super Liqada ev sahiblərinin günü
Onana 3 penalti zərbəsini dəf etdi
  • Türkiyə S.L.
  • 23:56 23.04.2026
Onana 3 penalti zərbəsini dəf etdi