22 oktyabr 2024. Çərşənbə axşamı

"Trabzonspor"da ayrılıq


"Trabzonspor"da ayrılıq

Türkiyə Superliqasında "Trabzonspor"un formasını geyinən Nikolas Pepe komandadan ayrıldığını açıqlayıb. 

90deqiqe.Az məlumat verir ki, Fil Dişi Sahilinin futbolçusu sosial media hesabından paylaşım edərək "Trabzonspor"la vidalaşıb:

"Bu gərgin mövsümün sonuna gəldik! Bütün dəstəyiniz üçün təşəkkür edirik.Məni bura gətirdikləri və güvəndikləri üçün komandaya, onun prezidentinə və vitse-prezidentinə xüsusi təşəkkürümü bildirirəm.Klub rəhbərliyinə, baş məşqçi Abdullah Avcıya, texniki və tibbi heyətə və təbii ki, komanda yoldaşlarıma təşəkkür edirəm.

Üçüncü yeri tutduq və Türkiyə Kubokunun finalına çıxdıq.  Bu məni çox təəssüfləndirir...
Azarkeşlərə də təşəkkür edirəm.Mən nadir hallarda belə səs-küylü və ehtiraslı azarkeşlər görmüşəm.

Tezliklə milli komandaya qoşulmaq üçün gedirəm və məni yeni macəra gözləyir...

 Bir!  İki!  Uç!  "Trabzonspor". 

Bu mövsüm "bordo-mavililər"in heyətində 23 oyuna çıxan 28 yaşlı futbolçu 6 qol vurub, 3 məhsuldar ötürmə edib.







Türkiyə S.L.

 "Qalatasaray" evdə xal itirdi
  • Türkiyə S.L.
  • 22:35 28.09.2024
"Qalatasaray" evdə xal itirdi
Super Liqa klubu baş məşqçisiz qaldı
  • Türkiyə S.L.
  • 14:50 23.09.2024
Super Liqa klubu baş məşqçisiz qaldı
 "Beşiktaş"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:02 22.09.2024
"Beşiktaş"dan çətin qələbə
Renat Dadaşov üçün yeni baş məşqçi
  • Türkiyə S.L.
  • 21:59 17.09.2024
Renat Dadaşov üçün yeni baş məşqçi