- Türkiyə S.L.
- 23:06 01.12.2024
"Beşiktaş"ın əlcəzairli futbolçusu Raşid Qezzal komandadan ayrılıb.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu haqda sosial media hesabından paylaşım edib. Müqaviləsi sona çatan 32 yaşlı futbolçu bunları yazıb:
"4 ilə sığan möhtəşəm anlardan sonra vida etmək həmişə çətindir. Həm möcüzəli, həm də çətin anlardan sonra. Təşəkkür etməkdən başqa deyəcək bir şeyim yoxdur. Çalışdığım bütün komanda yoldaşlarıma (qardaşlarıma) və texniki heyətə bu anları mənimlə bölüşdükləri üçün çox təşəkkür edirəm. Mənə və ailəmə hər gün yardım edən səhnə arxasındakı bütün əməkdaşlara da çox təşəkkür edirəm. Son olaraq da əziz "Beşiktaş" azarkeşləri, sizlərə də sonsuz sevginiz və dəstəyiniz üçün çox təşəkkür edirəm. Futbola və bu kluba olan ehtirasınız mənim üçün unudulmaz bir xatirə olaraq qalacaq. Yenidən yollarımızın kəsişəcəyindən əminəm. Bir dəfə qartal oldunsa, həmişə qartal qalarsan".
Komandaya 2020-2021 mövsümünün əvvəlində "Lester Siti"dən icarə əsasında qoşulan Qezzal, həmin mövsümdə qazanılan çempionluqda mühüm rol oynayıb. Bir mövsüm sonra transfer olunan əlcəzairli futbolçu, "Beşiktaş" forması ilə 123 oyunda çıxış edib və 17 qol, 33 məhsuldar ötürməlik performans göstərib.
Qezzal bu müddətdə 1 Superliqa, 2 Türkiyə Kuboku və 1 Türkiyə Super Kuboku çempionluğu əldə edib.