20 aprel 2026. Bazar ertəsi

Mouriniyo "Fənərbaxça" ya gəlməsinin səbəbini izah edib


Mouriniyo "Fənərbaxça" ya gəlməsinin səbəbini izah edib

Joze Mourinyo "Fənərbağça"ya rəhbərlik etmək qərarına gəlməsinin səbəbini açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, "Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo komandaya rəhbərlik etmək qərarını Türkiyə çempionu olmaq istəyi ilə izah edib.

 “Bu komandaya rəhbərlik etməyə razılaşdım, çünki çempionluq qazanmaq uğrunda oynamaq üçün darıxırdım. “Roma”da qələbə uğrunda mübarizə aparmadıq – mənə görə o vaxt hamı bunun əksini deyirdi, amma belə deyildi.  “Roma”dan ayrıldıqdan sonra orada heç nə dəyişmədi.  “Roma”da biz avrokuboklarda nisbi uğur qazandıq, lakin çempionluğumuz üçün mübarizə apara bilmədik.

 “Fənərbağça”nın avrokuboklarda çətin anlar yaşayacağı aydındır, lakin çempionatdakı perspektivləri müzakirə edərkən onu da qeyd etmək lazımdır ki, “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor”la yanaşı, tarixən çempionluq uğrunda mübarizə aparanlar arasındayıq. Bu məni motivasiya edir.  Bu, nə "Roma"da, nə də" Tottenhem"də baş vermədi”, o, deyib. 

 Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi postuna portuqaliyalı mütəxəssisin təyin olunduğunu açıqlamışdı.

 Mourinyonun əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub. Portuqaliyalı məşqçinin rəhbərliyi altında İtaliya klubu Konfrans Liqasının qalibi olub, eyni zamanda Avropa Liqasının finalında da çıxış edib.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə
"Fənərbağça"nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 18:11 18.04.2026
"Fənərbağça"nın borcu açıqlanıb
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:10 17.04.2026
"Fənərbağça"dan vacib xal itkisi
“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi