25 iyun 2024. Çərşənbə axşamı

“Qazprom” “Beşiktaş”ın sponsoru ola bilər


“Qazprom” “Beşiktaş”ın sponsoru ola bilər

Rusiyanın neft-qaz şirkəti "Qazprom" Türkiyənin "Beşiktaş" klubunun titul sponsoru ola bilər. 

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Gökman Özkan "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bundan əvvəl "Qazprom"un Macarıstanın "Ferencvaros"un sponsoru ola biləcəyi barədə məlumat yayılmışdı. Qeyd edilib ki, şirkət Macarıstan çempionuna əhəmiyyətli maliyyə dəstəyi verəcək, bu da klubun illik büdcəsini 50 milyon avroya çatdırmağa imkan verəcək.

Qeyd edək ki, “Qazprom” Sankt-Peterburq “Zenit”inin sponsorudur. Daha əvvəl bildirilmişdi ki, "Zenit" "Beşiktaş"dan iki yarımmüdafiəçi - Jedson Fernandes və Baxtiyar Zaynutdinovu transfer etmək üçün danışıqlar aparır.

"Beşiktaş" Türkiyə çempionatının 2023/2024 mövsümünü turnir cədvəlinin altıncı pilləsində başa vurub.







Türkiyə S.L.

Şahruddin "Adana Dəmirspor"dan ayrıldı
  • Türkiyə S.L.
  • 19:08 22.06.2024
Şahruddin "Adana Dəmirspor"dan ayrıldı
"Beşiktaş" ilk transferini açıqladı
  • Türkiyə S.L.
  • 22:02 15.06.2024
"Beşiktaş" ilk transferini açıqladı
Raşid Qezzal "Beşiktaş"la vidalaşdı
  • Türkiyə S.L.
  • 11:52 03.06.2024
Raşid Qezzal "Beşiktaş"la vidalaşdı
Əmrə Bələzoğlu ilə yollar ayrıldı
  • Türkiyə S.L.
  • 17:40 31.05.2024
Əmrə Bələzoğlu ilə yollar ayrıldı