19 aprel 2026. Bazar günü

"Beşiktaş" ilk transferini açıqladı


"Beşiktaş" ilk transferini açıqladı

Braziliyalı müdafiəçi Qabriel Paulista “Beşiktaş” ilə müqavilə imzalayıb.

90deqiqe.Az -ın məlumatına görə, 31 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilə qədərdi.Paulista İstanbul klubuna qoşulduğu üçün çox xoşbəxt olduğunu bildirib:

"Bir futbolçu böyük kluba gələndə həmişə çempionluqları düşünür. Mənim üçün fərqli olmayacaq.Birbaşa "Beşiktaş"la bağlı deyil, şəhərlə bağlı məlumat aldım. "Valensiya"dan keçmiş komanda yoldaşım, həm də milli komandada çıxış edən Cenk Özkaçarla danışdım. O, mənə şəhər, ölkə və mövcud imkanlar haqqında çox şey danışdı. Burada həm mənim, həm də ailəm üçün ən yaxşı şeylərin burada olduğunu dedi. İndi mən yavaş-yavaş bu klubun tarixini öyrənməyə başlayıram."

“Vitoriya”dan “Vilyareal”a transfer olan, daha sonra “Arsenal”a keçən braziliyalı müdafiəçi 2017-ci ildə “Valensiya” ilə anlaşıb və La Liqaya qayıdıb.

2023/24 mövsümünün ara transfer dövründə "Atletiko Madrid"ə imza atan Paulista müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb.







Türkiyə S.L.

"Beşiktaş" səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 20:51 19.04.2026
"Beşiktaş" səfərdə uduzdu
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 18.04.2026
"Qalatasaray"dan çətin qələbə
"Fənərbağça"nın borcu açıqlanıb
  • Türkiyə S.L.
  • 18:11 18.04.2026
"Fənərbağça"nın borcu açıqlanıb
"Fənərbağça"dan vacib xal itkisi
  • Türkiyə S.L.
  • 23:10 17.04.2026
"Fənərbağça"dan vacib xal itkisi
“Bu sistem belə düzəlməz”
  • Türkiyə S.L.
  • 00:48 14.04.2026
“Bu sistem belə düzəlməz”
"Qalatasaray"dan gözlənilməz xal itkisi
  • Türkiyə S.L.
  • 23:00 12.04.2026
"Qalatasaray"dan gözlənilməz xal itkisi
"Beşiktaş"dan darmadağın
  • Türkiyə S.L.
  • 23:17 10.04.2026
"Beşiktaş"dan darmadağın