18 avqust 2026. Çərşənbə axşamı

“Trabzonspor”un şikayəti rədd edildi


“Trabzonspor”un şikayəti rədd edildi

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun 2010/2011 mövsümündə Super Liqa çempionluğunun "Fənərbaxça"dan alınması tələbi ilə bağlı şikayətini rədd edib.

Corner.az CAS-in rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun üçün heç bir hüquqi əsasın olmadığını bildirib.

Trabzon təmsilçisi həmin dönəmdə "Fənərbaxça" idarəçilərinin oyunların idman nəticəsinin manipulyasiyasında iştiraka görə cəzalandırıldıqlarını əsas gətirərək CAS-ə baş vurmuşdu.

Qeyd edək ki, 2010/2011 mövsümündə həm "Fənərbaxça", həm də "Trabzonspor" 82 xal toplasa da, İstanbul təmsilçisi top fərqindəki üstünlüyə görə çempion olub.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 00:32 16.08.2026
“Fənərbağça” səfərdə uduzdu
“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı