- Türkiyə S.L.
- 22:00 22.11.2024
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Zenit"in yarımmüdafiəçisi Vendelin transferinə razılıq verib.
90deqiqe.Az "Transfer Web"ə istinadən xəbər verir ki, İstanbul nəhənginin rəhbərliyi hazırda maaşları müqayisə edir və Vendellə “Mançester Yunayted”in yarımmüdafiəçisi Skott MakTominay arasında seçimi nəzərdən keçirir.
“Qalatasaray”ın qısa siyahısında daha bir-iki futbolçunun olduğu bildirilir.
Daha əvvəl Vendelin "Zenit"lə müqaviləsini uzatdığı haqda məlumat yayılmışdı. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 35 matçda iştirak edib, bu matçlarda 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.