17 mart 2026. Çərşənbə axşamı

"Ankaragücü"nün futbolçusu yoxa çıxıb


"Ankaragücü"nün futbolçusu yoxa çıxıb

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas məşqə və oyunlara qatılmayıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu ilə əlaqə yarada bilməsələr də, "Ankaragücü" rəhbərliyi futbolçunu "Şanlıurfaspor"la qarşılaşmada 21 nəfərlik heyətə qatıb. Lakin Sefas buna baxmayaraq stadiona gəlməyib.

MKE Ankaragücü baş məşqçisi Cihat Arslan "Şanlıurfaspor" matçından sonra mövzu ilə bağlı açıqlama verib.

"Heyətə yazmışdıq ki, onun gəlmədiyinə dair notarial qərar versinlər. Sefas məşqə gəlmir, matça da gəlməyib. Onun harada olduğunu bilmirik".

Qeyd edək ki, “Ankaragücü mövsümə “Şanlıurfaspor” üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu