20 sentyabr 2026. Bazar günü

Mourinyo "Real"ın transfer siyasətini təriflədi


Mourinyo "Real"ın transfer siyasətini təriflədi

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"in transfer siyasətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı "HT Spor"a deyib ki, dünyanın ən yaxşı klubunda yalnız ən yaxşı oyunçular oynamalıdır. Portuqaliyalı qeyd edib ki, "Real" transfer bazarında yaxşı işləyir və dünyanın hər yerindən ən güclü gənc futbolçularla müqavilə imzalayır.

“Onlar Vinisius və Rodriqonu hələ uşaq ikən imzalamışdılar. Real gənc yaşda Gülər ​​və Bellinqhemlə, indi də Endriklə müqavilə imzaladı. Əla iş”

Xatırladaq ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"də çalışıb. Portuqaliyalı çalışdırıcı “kral klubu” ilə La Liqa, İspaniya kuboku və Superkubok qazanıb.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə