20 sentyabr 2026. Bazar günü

Renat Dadaşov üçün yeni baş məşqçi


Renat Dadaşov üçün yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.

Yerli mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü"ndə çıxış edən Renat Dadaşov cari mövsüm I Liqada 1 qol vurub.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə