4 noyabr 2026. Çərşənbə

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi


Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Türkiyə superkubokunun qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, həll edici görüşdə ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Mərakeşli futbolçu Yunes Belhanda 38-ci dəqiqədə vurduğu qolla “Qalatasaray”a növbəti titulu qazandırıb – 1:0.

Bununla da Qalatasaray tarixində 6-cı dəfə superkubokun qalibi olub. Rekordçu olan “Qalatasaray”ın ən yaxın izləyicisi “Fənərbaxça”dı – 3 dəfə.







Türkiyə S.L.