- Türkiyə S.L.
- 21:03 13.01.2025
FİFA-dan "Hatayspor"a pis xəbər gəlib.
90deqiqe.Az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun dosyesinə görə Super Liqa komandasına iki mövsüm transfer qadağası verilib.
Super Liqa təmsilçisi CAS-a müraciət edərsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açıla bilər.
"Hatayspor"un istəyi qəbul olunarsa, aralıq dövrdə transferlər edə biləcəklər.
Renat Dadaşov ötən mövsüm "Hatayspor"un heyətində 33 matçda iştirak edib. 25 yaşlı futbolçu bu görüşlərdə 6 dəfə rəqib qapısına yol tapıb.