21 fevral 2025. Cümə

Mimoviç FİFA qaydalarına görə "Fənərbağça"dan "Zenit"ə keçə bilməyəcək


Mimoviç FİFA qaydalarına görə "Fənərbağça"dan "Zenit"ə keçə bilməyəcək

Türkiyə "Fənərbağça"sının sağ cinah müdafiəçisi Oqnyen Mimoviç FİFA qaydalarına görə "Zenit"ə icarə əsasında keçə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Yeni Akit Gazetesi” məlumat yayıb.

FİFA qaydalarına əsasən, klublara eyni vaxtda 6-dan çox futbolçunu xaricə icarəyə göndərməyə icazə verilir. “Fənərbağça” artıq bu kvotanı istifadə edib və Mimoviçin transferini başa çatdırmaq üçün İstanbul klubu futbolçularından birini geri qaytarmalıdır. Qeyd olunur ki, bu qaydaya görə “Fənərbağça” bu qış Aleksandr Djika və Cengiz Ünderi icarəyə verə bilməyib.

Xatırladaq ki, "Zenit"in əsas sağ cinah müdafiəçisi Vyaçeslav Karavaev axilles vətərinin qopması səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub.

2025-ci ilin yanvarında  Serbiya millisinin üzvü 6,7 milyon avroya "Srvena Zvezda"dan "Fənərbağça"ya keçib. Bu mövsüm sağ cinah müdafiəçisi bütün turnirlərdə 19 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 4 milyon avrodur.







Türkiyə S.L.

Dadaşov Türkiyə klubundan ayrıldı
  • Türkiyə S.L.
  • 09:58 20.02.2025
Dadaşov Türkiyə klubundan ayrıldı
"Qalatasaray"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:00 17.02.2025
"Qalatasaray"dan çətin qələbə
"Beşiktaş"da növbəti yeni müqavilə
  • Türkiyə S.L.
  • 20:23 17.02.2025
"Beşiktaş"da növbəti yeni müqavilə
“Beşiktaş”da yeni müqavilə
  • Türkiyə S.L.
  • 15:59 17.02.2025
“Beşiktaş”da yeni müqavilə
"Fənərbağça" 3 xalı 3 qolla qazandı
  • Türkiyə S.L.
  • 21:56 16.02.2025
"Fənərbağça" 3 xalı 3 qolla qazandı
"Beşiktaş" "Trabzonspor"u məğlub etdi
  • Türkiyə S.L.
  • 21:56 15.02.2025
"Beşiktaş" "Trabzonspor"u məğlub etdi