5 avqust 2026. Çərşənbə

Dadaşov Türkiyə klubundan ayrıldı


Dadaşov Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubundan ayrılıb.

90deqiqe.Az "Sports Digitale"yə istinadən xəbər verir ki, 25 yaşlı forvard Türkiyə klubu ilə  müqaviləsini ləğv edib.

Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. Xatırladaq ki, futbolçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı.







Türkiyə S.L.