20 sentyabr 2026. Bazar günü

"Beşiktaş" pley-off mərhələsinə yüksəlib


"Beşiktaş" pley-off mərhələsinə yüksəlib

 Türkiyə Kubokunda D qrupunun III turun oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, "Beşiktaş" bu turda səfərdə "Antalyaspor"un qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. 

"Qara qartallar"ın qələbə qollarını Keni Arroyo (10) və Rafa Silva (76) qeyd edib.

Meydan sahiblərinin yeganə qoluna isə Deni Miloşeviç (64) imza atıb.

"Beşiktaş" bu qələbədən sonra qrupu 9 xalla və lider kimi başa vuraraq pley-offa yüksəlib. 







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə