5 avqust 2026. Çərşənbə

“Fənərbağça” və "Qalatasaray" 1/4 finala yüksəlib


 “Fənərbağça” və "Qalatasaray" 1/4 finala yüksəlib

Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, B qrupunda yer alan “Fənərbağça” III turda səfərdə “Qaziantep”in qonağı olub. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu görüşdən sonra xallarını 9-a yüksəldən “Fənərbağça” qrup lideri kimi 1/4 finala yüksəlib. 

 C qrupunda yer alan "Qalatasaray" doğma meydanda "Konyaspor"u qəbul edib. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Konyaspor" 7 xalla qrupu lider kimi,  "Qalatasaray" isə 5 xalla qrup ikincisi olaraq 1/4 finala yüksəlib.







Türkiyə S.L.