16 mart 2026. Bazar ertəsi

“Fənərbağça” Mourinyonun irqçiliklə bağlı cinayət məsuliyyətinə cəlb edilməyəcəyini açıqlayıb


“Fənərbağça” Mourinyonun irqçiliklə bağlı cinayət məsuliyyətinə cəlb edilməyəcəyini açıqlayıb

İstanbul Baş Prokurorluğu “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyoya qarşı cinayət işi başlanması üçün əsas tapmayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. 

"Qalatasaray"ın baş məşqçimiz Joze Mourinyoya qarşı irqçilik zəminində cinayət işi açmasından sonra İstanbul Baş Prokurorluğu heç bir qanun pozuntusunun olmadığına və təqibə yer olmadığına qərar verib. "Beləliklə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib", -  klubun açıqlamasında bildirilir.

Xatırladaq ki, Türkiyə çempionatının 25-ci turunun “Fənərbağça” – “Qalatasaray” oyunundan (0:0) sonra portuqaliyalı mütəxəssis rəqibin əvəzedici futbolçuları və məşqçilərinin “meymun kimi tullandığını” bildirmişdi. "Sarı-qırmızılar" Mourinyonun açıqlamasını irqçilik kimi qiymətləndirib və məhkəməyə, həmçinin FİFA və UEFA-ya müraciət edəcəklərini bildiriblər.

 







Türkiyə S.L.

"Beşiktaş"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:02 15.03.2026
"Beşiktaş"dan inamlı qələbə
"Trabzonspor"dan səfərdə qələbə
  • Türkiyə S.L.
  • 23:04 09.03.2026
"Trabzonspor"dan səfərdə qələbə
"Fənərbağça"dan çətin qələbə
  • Türkiyə S.L.
  • 23:08 08.03.2026
"Fənərbağça"dan çətin qələbə
İstanbul derbisində qalib bəlli oldu
  • Türkiyə S.L.
  • 23:13 07.03.2026
İstanbul derbisində qalib bəlli oldu