25 aprel 2025. Cümə

"10 ildən sonra dünyanın ən yaxşı məşqçilərindən biri olacam"


"10 ildən sonra dünyanın ən yaxşı məşqçilərindən biri olacam"

"İnter"in və Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder 10 ildən sonra dünyanın ən yaxşı məşqçilərindən biri olacağını deyib.

90deqiqe.Az xəbər verir ki, "А Spor" 40 yaşlı keçmiş futbolçunun dediklərini belə çatdırıb. 

“Mənim məqsədim “Qalatasaray”, “İnter” və “Ayaks” kimi komandaları çalışdırmaqdır.10 ildən sonra dünyanın ən yaxşı məşqçilərindən biri olacam".

Sneyder 2019-cu ilin avqustunda karyerasını başa vurub. Niderlandlı yarımmüdafiəçi "Ayaks", "Real Madrid", "İnter", "Qalatasaray" və "Nitsa"da çıxış edib. Futbolçu Niderland millisində 134 oyun keçirib və 30 qol vurub. Milli komanda ilə birlikdə Sneyder 2010 və 2014-cü il dünya çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanıb.







Türkiyə S.L.

Morata "Milan"a erkən qayıda bilər
  • Türkiyə S.L.
  • 13:23 24.04.2025
Morata "Milan"a erkən qayıda bilər
“Qalatasaray” ilk finalçıdı
  • Türkiyə S.L.
  • 23:39 22.04.2025
“Qalatasaray” ilk finalçıdı
"Alanyaspor" 3 xalı tək qolla qazandı
  • Türkiyə S.L.
  • 23:41 21.04.2025
"Alanyaspor" 3 xalı tək qolla qazandı
"Qalatasaray"dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 22:59 18.04.2025
"Qalatasaray"dan inamlı qələbə