5 avqust 2026. Çərşənbə

“Qalatasaray” Torreyra ilə bağlı qərar verib


“Qalatasaray” Torreyra ilə bağlı qərar verib

“Qalatasaray” futbolçusu Lukas Torreyra ilə müqaviləni uzadıb.

90deqiqe.Az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ardıcıl performansı ilə diqqət çəkən Torreyra İstanbul klubunun heyətində 123 matça çıxıb, 4 qol vurub, 11 məhsuldar ötürmə edib.Torreyra üç mövsümlük "Qalatasaray" karyerasında 18 oyunu buraxıb.Uruqvaylı yarımmüdafiəçi “Qalatasaray”la iki dəfə Superliqa və Superkubok qazanıb.Futbolçunun “Qalatasaray” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq idi.

 







Türkiyə S.L.