- Türkiyə S.L.
- 23:39 12.05.2025
"Fənərbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Dusan Tadiç və Edin Dzeko ilə bağlı yekun qərar verilib.
90deqiqe.Az “Sabah”a istinadən xəbər verir ki, "Kayserispor" matçından sonra keçirilən görüşdə İstanbul klubunun rəhbərliyi hər iki futbolçu ilə yolları ayırmağa qərar verib.
"Fənərbağça"nın hücum xəttində yeni struktura keçəcəyi və bu məqamda veriləcək qərarların komandanın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Dzeko və Tadiç 2023-cü ilin yayında "Fənərbağça"nın heyətinə qatılıb.
Tadiç 104 matçda 29 qol vurub və 32 məhsuldar ötürmə edib.
Dzeko isə 94 matçda 44 qol vurub, 18 məhsuldar ötürmə edib.